Ermənistan vətəndaşlarına xəbərdarlıq edildi

Ermənistanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını çox zərurət olmadığı təqdirdə müvəqqəti olaraq Livana səfərlərdən çəkinməyə çağırıb. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
 
Nazirlik həmçinin hazırda Livanda yaşayan Ermənistan Respublikası vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırıb.
 
Mövcud vəziyyətlə bağlı yaranan problemlər zamanı Ermənistan Respublikasının vətəndaşlarına ölkənin Livandakı səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunub.


Tarix: 3-08-2024, 22:31 Oxunub: 516


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031