Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb. Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13) 231-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 231.4-cü maddəyə “məhdudlaşdırılması” sözündən sonra “, borclunun əmlakı üzərinə həbs qoyulması” sözləri əlavə edilsin.
2. 231.3-cü maddə üzrə:
2.1. birinci cümlədə “məsələləri, habelə” sözləri vergül işarəsi ilə əvəz edilsin və həmin cümləyə “məhdudlaşdırılması” sözündən sonra “, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” sözləri əlavə edilsin;
2.2. üçüncü cümlədə “məsələsinə” sözü “, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə” sözləri ilə əvəz edilsin;
2.3. dördüncü cümlədən “habelə” sözü çıxarılsın və həmin cümləyə “məhdudlaşdırılması” sözündən sonra “, borclunun əmlakı üzərinə həbs qoyulması” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 231.3-1-ci maddə əlavə edilsin:
“231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır”.
Bölməyə aid digər xəbərlər