11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Hikmət Hacıyev : "Oyun bitdi!"

   Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur. Bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkədəki hesabında yazıb:
   “Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və əvvəlki boz zonalarda Novruz bayramı tonqallarla qeyd olunur. Necə deyərlər, Oyun bitdi! Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”.


Tarix: 20-03-2024, 19:10 Oxunub: 125


Bölməyə aid digər xəbərlər
21-02-2024, 09:53 Azərbaycanda Boz ay başladı