Ağ çörək şəkərin yüksək konsentrasiyası səbəbilə, mədəaltı vəzinə neqativ təsir göstərir, təzyiqi və xolesterinin səviyyəsini qaldırır.
Bu barədə həkim-dietoloq Yelena Solomatina bəyan edib.
Bunun nəticəsində orqanizmdə aterosklerotik maneələr (ziyillər) əmələ gəlir və onlar qanın sirkulyasiyasına mane olur. «Nəticədə təzyiq qalxır, bu da damarların divarlarını daha da artıq zədələyir, uyğun olaraq, damarlar daralır, oksigeni və qlükozanı beyinə çatdıra bilmir. Beyin aclıq çəkir, əzab çəkməyə başlayır və hüceyrələr ölür, bu fonda isə demensiya inkişaf edir» - mütəxəssis izah edib.
Dietoloq onu da qeyd edib ki, bu xəstəliyin inkişafına təmizlənmiş dənli bitkilərin: ağ düyü, mannı yarması və həll olan sıyıqların qida qəbuluna əlavə olunması da gətirə bilir. Onlarda olan kraxmal hazırlanan zaman həmin şəkərə çevrilir, - dietoloq qeyd edib.
Bundan əlavə, fastfuda, alkoqola və tərkibində rəng maddəsi, konservant və piylər olan qidalara aludə olmaq lazım deyil, çünki onlar qara ciyəri zədələyir, nəticədə hasil olan aşağı sıxlıqlı xolesterin də aterosklerotik maneələr əmələ gətirir.
Moskva 24
Bölməyə aid digər xəbərlər