Nazirdən plastik cərrahlarla bağlı AÇIQLAMA

      İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.

      Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

     O, bildirib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib:

    "Onlar komissiya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq".

    Bundan başqa, Teymur Musayev qeyri-rəsmi fəaliyyət göstərən stomatoloqlarla bağlı sualı da cavablandırıb. 

O, qeyd edib ki, hər hansı vətəndaş mətbəxdə diş çəkdirirsə, ona Səhiyyə Nazirliyi cavabdeh ola bilməz.

     “Bununla bağlı Analitik Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Qanunsuz işləyən müəssisələr vaxtaşırı cərimələnir”, - deyə, səhiyyə naziri vurğulayıb.



Tarix: 26-02-2025, 10:21 Oxunub: 2 895


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930