Nazirdən saxta plastik cərrahlarla bağlı AÇIQLAMA

     “Artıq 1 ildən çoxdur ki, Səhiyyə Nazirliyinə bir qrup plastik cərrahla bağlı müraciət olunub” - bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. 

    “Nazirliyin əmri ilə xüsusi işçi qrupu yaradılıb. Aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan saxta “həkimlərin” sosial media vasitəsilə insanlara saxta müalicə üsulları və s. cinayət tərkibli əməlləri aşkar olunub.

      Toplanmış ilkin materiallar Baş Prokurorluğa göndərilib. Baş Prokurorluqla Səhiyyə Nazirliyi arasında İşçi Qrup yaradılıb, Tədbirlər Planı hazırlanıb.

Müəyyən normativ aktlar qəbul olunub. İxtisasdəyişmələr dayandırılıb. Hər bir şəxsin təhsili və iş fəaliyyəti barədə araşdırmalar aparılıb.

Onların etdiyi cinayət əməlidir və buna qanunvericiliyin tələbinə uyğun cavab veriləcək”, – deyə o qeyd edib.


Unikal


Tarix: 12-12-2024, 11:34 Oxunub: 580


Bölməyə aid digər xəbərlər
26-10-2024, 10:25 Yeni HƏBS DALĞASI


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031