01 sentyabr Abşeron Mərkəzi Xəstəxanası Aşağı Güzdək ASM-in müdiri, tanınmış həkim Əhmədov Nasir Qurban oğlunun doğum günüdür.
Əhmədov Nasir Qurban oğlu 1962-ci ildə anadan olub, 1969-1979-cu illərdə orta məktəb təhsili aldıqdan sonra, 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkimlik sənətinə yiyələnmişdir. Elə həmin ildən də Abşeron Mərkəzi Xəstəxanasında Aşağı Güzdək, Yenikənd, Pirəkəşkül həkim məntəqələrinə rəhbərlik etmişdir.
1994-cü ilin may ayında ULU ÖNDƏR HEYDƏR ƏLİYEV həmin ərazilərə səfər edərkən Hasir həkimin fəaliyyətini yüksək qiymətləndirərək ona saat hədiyyə etmişdir.
“ Mən “Əməkdar Həkim” , “Prezident Təqaüdçüsü” olmasam da, özümü “ ULU ÖNDƏR MÜKAFATÇISI” hesab edirəm və bununla da fəxr edirəm”- deyən Hasir həkim dəfələrlə Səhiyyə rəhbərliyi və Abşeron RİH tərəfindən “Fəxri Fərman”larla təltif olunub.
Biz də ATİA.AZ saytının yaradıcı kollektivi adından qocaman həkimimizi təbrik edərək ona uzun ömür, can sağlığı və bu şərəfli peşəsində uğurlar arzu edirik!!!
Bölməyə aid digər xəbərlər