Narkotiki qaldıqları oteldə gizlətdilər - FOTOLAR

Göyçayda narkotiki qaldıqları oteldə gizlədən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, Ağdaş rayon sakinləri, əvvəllər məhkum olunmuş Raqif Yusifov və Ruslan Allahverdiyev tutulub. Onların Göyçay şəhəri ərazisində yerləşən otellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək oteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Tarix: 11-11-2022, 09:41 Oxunub: 254


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031