Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq öldürdü...

Xaçmaz rayonunun  Üçgün kəndində kişini elektrik cərəyanı vurub.
Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.
M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.



Tarix: 25-09-2022, 06:56 Oxunub: 481


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031