Sumqayıtda zavodda bədbəxt hadisə - Ölən var

Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.
Şəhərin H.Z.Tağıyev qəsəbəsində “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodda fəhlə işləyən 1993-cü il təvəllüdlü Allahverdiyev Güloğlan Bəkir oğlu bunker adlanan tikilidən yıxılıb. Ağır xəsarətlər alan 29 yaşlı işçi xəstəxanaya yerləşdirilib.
Tibbi müdaxiləyə baxmayaraq, gənc Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

“Qafqazinfo”


Tarix: 23-09-2022, 08:46 Oxunub: 309


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31