Bakıda dəhşətli qəza: Betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşdı ...

Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.
 Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı təsdiqləyib.
“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən  məlumata görə  saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub və  daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
 
Baş verən  qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.
Hadisə nəticəsində yaralananlar 1973-cü il təvəllüdlü E.Həsənov, 1975-ci il təvəllüdlü V.Həsənov və 1983-cü il təvəllüdlü Q. Zeynalovdur. 
Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub. 
Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.


oxu.az


Tarix: 16-03-2022, 14:11 Oxunub: 457


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930