Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ.Qasımov ağır bədən xəsaeətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bölməyə aid digər xəbərlər