Kanalda batan 16 yaşlı Nizaminin meyiti tapıldı

İyulun 23-ü Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti tapılıb. Bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun meyiti batdığı yerdən 70 km məsafədə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Tarix: 26-07-2024, 12:34 Oxunub: 3 058


Bölməyə aid digər xəbərlər
21-07-2024, 07:01 İki dost dənizdə boğuldu


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31