Dənizdə üç yeniyetmə batıb

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
 
Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.


Tarix: 12-07-2024, 13:03 Oxunub: 519


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031