Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin detalları

Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin təfərrüatı məlum olub. Hadisə Fərman Kərimzadə küçəsi, 67 ünvanında səhər saat yeddi radələrində baş verib.

Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb və yarasız hala salıb. Ev sahibi isə daşı oradan çıxartmaq, çəni təmir etmək istəyib və oraya düşüb. Elə hadisə də bundan sonra baş verib. Çənin içərisindən çıxa bilməyən sakinin köməyinə ilk həyat yoldaşı yetişib.


Bildirilib ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.


Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan 1986-cı il təvəllüdlü vətəndaş xilas edilib.



Tarix: 28-04-2024, 22:27 Oxunub: 362


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930