Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olan vətəndaş müraciəti əsasında agentliyin əməkdaşları paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsi, 23A ünvanında fəaliyyət göstərən “Kristal Plaza Baku” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəx sahəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.


Tarix: 24-04-2024, 20:34 Oxunub: 704


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930