13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Ağstafada qanunsuz fəaliyyət göstərən limonad və spirtli içkilərin istehsalı müəssisəsi aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Əli Arzu oğluna məxsus limonad və spirtli içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.
Müəssisədə 14.09.2020-ci il tarixdə keçirilən yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olmasına və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Lakin, təkrar baxış zamanı sahibkar tərəfindən həmin qərara riayət edilmədiyi və müəssisənin qeyri-qanuni yollarla fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu məlum olub.
Eyni zamanda, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Tarix: 4-10-2021, 06:12 Oxunub: 436


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı