Ötən il Azərbaycanı “Avroviziya”da təmsil edən müğənni Samirə Əfəndi bu il Azərbaycan təmsilçisinə dəstək olmadığını açıqlayıb.
Bu barədə instaqram səhifəsində danışan ifaçı bildirib ki, buna səbəb yarışmanın keçirildiyi İtaliyaya Norveç nümayəndə heyəti tərəfindən dəvət olunmasıdır:
“Dünəndən bəri saysız mesajlar alıram ki, builki iştirakçıya niyə dəstək olmuram. Birincisi, bu il “Avroviziya”ya dəvəti Norveç tərəfindən almışam və öz komandalarına dəstək kimi dəvət ediblər. İkincisi, məni bizim böyüklərimiz dəstəkləmişdi. Başda Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva məni dəstəkləmişdi. Bilmirəm, builki iştirakçıya dəstək olacaqlar, ya yox. Götürüb onlara yazın, mənə yox.
Mənə bu qədər məktub yazmaq lazım deyil. Buna ehtiyac yoxdur. Sizcə nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib digər ölkəni dəstəkləyim? Öz işimi, nə etdiyimi gözəl bilirəm”.
Bölməyə aid digər xəbərlər