11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qarakənd faciəsindən 30 il ötür



Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
ATİA.AZ-ın məlumatına görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 30 il ötür.
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:
– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant
– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
– Alı Mustafa oğlu Mustafayev – telejurnalist
– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü.

ALLAH RƏHMƏT ELƏSİN...


Tarix: 20-11-2021, 08:25 Oxunub: 302


Bölməyə aid digər xəbərlər