Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında Yasamal rayon 225 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, yazıçı, şair, məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın rəhbəri Zenfira Nusalovanın “Xəyallardan gerçəkliyə”, “Səndə gözəlsən həyat”, “Aforizmlər” kitablarının təqdimatını keçirildi.
Tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, Zenfira Nusalova tanınmış və istedadlı müəllim, peşəsini və şagirdlərini çox sevən insandır. Zenfira Nusalova “Xəyallardan gerçəkliyə”, “Səndə gözəlləşən həyat” və “Aforizmlər” kitablarının müəllifidir.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında işıq üzü görən kitabların layihə rəhbəri millət vəkili, mədəniyyətə çox böyük dəyər verən şəxsiyyət Cavanşir Feyziyevdir. O, bildirdi ki, Cavanşir müəllimin rəhbərliyi ilə həyata keçirilən layihələr əsasında nəşr olunan kitablar oxucuların masaüstü kitablarına çevrilib. Çıxışının sonunda Lətifə Məmmədova yazıçıya Mərkəzi Kitabxananın "Fəxri Oxucu" diplomunu təqdim etdi.
Kitabın redaktoru, şair-publisist Nəcibə İlkin, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Turan Cəmiyyətinin üzvü, vətənpərvər şair Mərcan Şahbuzlu, yazıçı, şair, AYB-nin üzvü Məhəbbət İbrahimova, şair, bəstəkar Aybəniz Güllər, jurnalist, yazıçı-publisist Fəxrəddin Meydanlı, Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddin qızı, 225 №-li tam orta məktəbin direktoru Sevda Eminova, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları filologiya elmləri doktoru Esmira Fuad, politoloq, yazıçı-publisist Reyhan Mirzəzadə, şair Qadir Hüseynov müəllifi təbrik etdilər, ona yaradıcılıq uğurları arzuladılar.
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Manafov, mayor, batalyon komandirinin müavini, cəsarətli döyüşçü Aidə Şirinova təbrikə qoşularaq müəlifə ürək sözlərini çatdırdılar.
Zenfira Nusalova tədbir iştirakçılarına minnətdarlığını bildirdi və yazdığı “Möcüzə qadın” və “Düşüncələr” şeirlərini söylədi.
Tədbirin bədii hissəsində AMEA-nın Folklor İnstitunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası, aktrisa Həlimət Sultan “Dünya səndən kimlər keçdi?” bədii-musiqili kompozisiyanı təqdim etdi. Xanəndə, muğam ustası Maya Cəbrayılova “Bayatı Qacar” muğamını və “Bahar olsun” mahnısını, müğənni, bəstəkar Arif Səlimov “Möcüzə qadın” mahnısını ifa etdi.
Bölməyə aid digər xəbərlər




















