Xalq artisti Şahlar Quliyev vəfat etdi

    Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
O, unun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, "Leyli və Məcnun”da Nofəl, "Şah İsmayıl”da Aslan şah, "Aşıq Qərib”də Şahvələd, "Sevil”də Atakişi, "Arşın mal alan”da Süleyman, "Koroğlu”da Həsən xan, "Aida”da Amonasro, "Karmen”də Eskamilio, "Payatsı”da Tonio, "Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən "Qız qalası” və 2007-ci ildə lentə alınan "Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.


Tarix: 26-10-2024, 10:52 Oxunub: 528


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930