Gömrük Akademiyasının qarşısında daha bir ağır qəza

Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında daha bir qəza baş verib.
Hadisə bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında qeydə alınıb. “Kia” və “Opel”markalı avtomobillər toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün öncə eyni yerdə qəza baş vermiş, nəticədə Dövlət Gömrük Komitəsinin bir əməkdaşı Rəsulova Sevgi Arzu qızı və Akademiyanın 2-ci kurs tələbəsi hadisə yerində vəfat etmişdi. Məlumat üçün bildirək ki, qəzanın baş verdiyi ərazidə düyməli svetafor quraşdırılıb. Belə ki, həmin işıqfor yalnız düyməsi piyadalar tərəfindən sıxıldıqdan sonra sürücülər üçün qırmızı işıq yanır və vətəndaşlar xətdən keçə bilir.
“Qafqazinfo”


Tarix: 29-09-2022, 11:09 Oxunub: 203


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930