30 yaşlı kişi bacısını öldürmək niyyətilə VURDU

Sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Ağcabədi  Rayon  Prokurorluğundan  bildirilib  ki, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Manset.az


Tarix: 2-09-2022, 08:42 Oxunub: 311


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930