Azərbaycanda DƏHŞƏT: gəmi aşdı, 11 nəfər batdı (FOTO)

Dünən Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. 
 
Mingəçevir şəhərində Elşən adlı şəxsə məxsus olan, kustar üsulla hazırlanan gəmi aşıb. Nəticədə 11 nəfər batıb, yaralananlar var. 

İddia olunur ki, yaralılar arasında vəziyyəti ağır olan var. Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Mingəçevir Şəhər Bələdiyyəsi Kür çayı hövzəsini bütünlüklə Elşən adlı şəxsə verib. Nə FHN-dən, nə də Su polisindən qanunauyğun icazəsi, minimal tələbləri olmayan gəmilərin hamısı bu şəxsə məxsusdur. Hadisə ilə bağlı rəsmi açıqlamanın verilməməsi də müəmma doğurur. 

Ümumilikdə təhlükəsizlik tələbləri olmayan, kustar üsulla hazırlanan gəmilərdə insanların daşınmasına kim və hansı formada icazə verib? Redaksiyamız adından qısa zamanda aidiyyatı hüquq-mühavizə qurumlarına sorğu göndəriləcək, rəsmi cavabı oxucularımızın diqqətinə çatdıracağıq.



Tarix: 3-06-2022, 10:17 Oxunub: 214


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031