Mütəşəkkil dəstənin 12 üzvü SAXLANILDI - 175 kiloqram narkotik dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 175 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə mütəşəkkil dəstənin daha 12 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.

Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.


Tarix: 24-06-2025, 18:08 Oxunub: 1 532


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31