Narkotik çəkib maşın sürdü, piyadanı vurdu

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilsə də, sürücü polisin qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınan zaman piyada, 1962-ci il təvəllüdlü rayon rakini Raqif Hüseynovu vuraraq oradan uzaqlaşıb.
 
Keçirilən tədbirlər nəticəsində sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar. K.Məmmədovdan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
 
Əməliyyat tədbirlərinin davamı olaraq K.Məmmədovdan Daşkəsən rayonu ərazisində gizlətdiyi 125 qram narkotik vasitə heroin də aşkar olunaraq götürüb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Tarix: 22-07-2024, 21:15 Oxunub: 194


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930