Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən edilib. Onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyyə olunub. Yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb.
Digər tədbir zamanı şəhər sakini Fəxrəddin İbliyev idarə etdiyi “BMW” markalı avtomobillə sürət həddini aşdığına görə ona “saxla” işarəsi verilib. Sürücü buna məhəl qoymayaraq öz hərəkətini davam etdirib və nəqliyyat vasitəsini digər bir avtomobilə vurub. F.İbiyev saxlanılan zaman onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü 30 gün inzibati qaydada həbs olunub.
Bölməyə aid digər xəbərlər