Meşədə çətənə kolu yetişdirən şəxs saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakini, 38 yaşlı Qurban Həsənov saxlanılıb. Onun meşə massivində əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.
 
Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə 6 dəfə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan marixuana aşkar olunub.
 
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Tarix: 30-05-2024, 08:38 Oxunub: 2 938


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930