Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlandı

      Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən rayon sakini, əvvəllər oğurluq və narkotik cinayərlərinə görə dəfələrlə məhkum olunmuş Saleh Əliyev saxlanılıb.
     Onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib.
Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Baba" adlı iranlı narkotacir tərəfinən kuryerliyə cəlb olunduğu müəyyən edilib.
    Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Araşdırmalar davam etdirilir.


Tarix: 27-03-2024, 08:54 Oxunub: 161


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31