Suraxanı polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

    Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.
     Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.
      Faktla bağlı araşdırmalar davam etdirilir. 
Bundan başqa, ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşnikov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.


Tarix: 23-02-2024, 13:33 Oxunub: 450


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930