11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Avropa Parlamenti dizel və benzinlə işləyən avtomobillərin satışını QADAĞAN EDİR



Avropa Parlamenti 2035-ci ildən dizel və benzinlə işləyən minik və yüngül kommersiya avtomobillərinin satışının qadağan edəcək.
Bu barədə Avropa Parlamentinin deputatı Aleksandr Vondra açıqlamasında bildirib:
“Yeni qərarla 2035-ci ildən etibarən yalnız elektrik və hidrogenlə işləyən avtomobillər satılacaq”
Belə ki, Avropa Parlamenti Avropa Komissiyasının təklifini səsə qoyaraq, Aİ-nin sıfır emissiya siyasəti çərçivəsində 2035-ci ildən dizel və benzinlə işləyən yeni minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışını qadağan edən təklifi təsdiqləyib.
Qəbul edilən qərarla 2035-ci ildən etibarən daxili yanma mühərrikli nəqliyyat vasitələrin əvəzinə yalnız elektrik və ya hidrogenlə işləyən yeni avtomobillərin satışına icazə veriləcək.
Sözügedən qərarda ikinci əl avtomobillərin yer almadığı bildirilir. Buna baxmayaraq bu avtomobillərin qiymətində artım gözlənilir.
Qeyd edək ki, hesabatlara görə, bu gün dünyada bir milyarddan çox qalıq yanacaqla işləyən avtomobillər var və onlar dünya karbon qazı emissiyalarının 30 faizindən çoxunu istehsal edir.

xarici mediaya


Tarix: 9-06-2022, 09:18 Oxunub: 151


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı