Kirayə qaydada satılan mənzillərlə bağlı bəzi dəyişikliklər edilib.
ATİA.AZ xəbər verir ki, bu yolla mənzil alan şəxslərə bəzi güzəştlər ediləcək. Belə ki, ödənişləri 3 ildən tez etmək mümkün olacaq. Bununla yanaşı vətəndaş istədiyi vaxt öz öhdəliklərini digərinə ötürə biləcək.
Kirayə yolu ilə satılan mənzillərilə bağlı yeni qaydalar tətbiq edilib. Bu Prezident İlham Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nda dəyişiklik edilməsi ilə bağlı fərmanda öz əksini tapıb .
Fondun Kirayə Mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib ki, yeniliklər kirayə yolu ilə mənzil almaq istəyən şəxslərin əhatə dairəsini genişləndirə bilər. Onun sözlərinə görə mənzil alan şəxslərin üzərinə götürdüyü öhdəliklərlə bağlı bəzi qadağalar aradan qaldırılıb. Direktor müavini qeyd edib ki, ödənişlərini vaxtından əvvəl edən şəxslərə güzəştlər də ediləcək.
Daha bir mühüm dəyişiklik isə müavilə üzrə öhdəliklərin digər şəxslərə ötürlməsi ilə bağlıdır.
Direktor müavini onu da bildirib ki, öz hüquq və öhdəliklərini başqa şəxsə ötürmək istəyən kirayəçi indiyə kimi ödədiyi məbləğlə bağlı qarşı tərəflə razılaşmalıdır. Aslan Zeynalov əlavə edib ki, kirayə üzrə aylıq ödənişlərdə çətinlik çəkən vətəndaşlar üçün müvəqqəti güzəştlər də nəzərdə tutulub.
Bölməyə aid digər xəbərlər