11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Kredit faizləri və infilyasiya yüksələcək, manat isə dollar qarşısında mütləq ucuzlaşacaq” – ŞOK AÇIQLAMA



Mərkəzi Bank uçot dərəcəsini artırdı, buna səbəb kimi də, “inflyasiyanın azadılması cəhdi”, göstərildi. Mərkəzi Bankın uçot dərəcəsinin ölkədə formal iqtisadi göstərici olması məlumdur. Azərbaycanda iqtisadi institutlar çox zəif olduğu üçün uçot dərəcəsi vasitəsi ilə qiymət artımının qarşısını almaq mümkün deyil.
Bu fikirləri  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki,  Azərbaycanda infilyasiya yaradan amillər idxaldan asılılıq, rüsumların, vergilərin yüksək olması və onların məntiqsiz tədbiqi, inhisarçılıq, rəqabətsiz mühit və korrupsiyadır: “Mərkəzi Bankın uçot dərəcəsini artırması bir tək kredit faizlərini yüksəldəcək. Faizlər isə onsuzda çox yüksəkdir. Biznes üçün yüksələn faizlər, tam tərsi, onların satdığı malların, göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq. Deməli, əksinə, inflyasiya yüksələcək”.

Ekspertin sözlərinə görə, MB sədri Elman Rüstəmov məzənnədən də danışıb, amma bu dəfə haqlıdır, yaxın aylarda (1-2 il də ola bilər, neftdən asılıdır) məzənnə dəyişikliyi olmayacaq: “Nə qədər ki, neftin qiyməti bahadır, bu risk yoxdur. Amma Elman Rüstəmov da bilir ki, uzun zaman sabit və inzibatı məzənnə rejimini saxlamaq mümkün deyil. Bir gün mütləq məzənnəni dəyişəcəklər. Yəni, manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq”.

KONKRET.az


Tarix: 29-10-2021, 13:15 Oxunub: 172


Bölməyə aid digər xəbərlər