Azər Əliyevə federasiyada vəzifə verildi



Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.

Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyəti iclas keçirib.

İclasa əsasən, Azər Əliyev I vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.

Hafiz Verdiyevin baş katib, Azər Mustafayevin baş məşqçi olması təsdiqlənib. Hakimlər Kollegiyasının sədri isə Seymur Əsgərov təyin olunub.

Qeyd edək ki, üç gün əvvəl federasiyanın vitse-prezidenti Rüfət Ağayev və baş katib Hafiz Verdiyev istefa verdiklərini açıqlamışdılar. Lakin bunlardan Verdiyev yenidən əvvəlki vəzifəsinə qayıdıb.

Onu da bildirək ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident işləyib.

Oxu.Az


Tarix: 14-06-2022, 13:20 Oxunub: 461


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31