11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib. Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyanı mat edib. Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçəyə razılaşıb. Daha bir təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın Suleymanlı isə iranlı rəqibinə uduzub. Bu nəticələrdən sonra Məhəmməd 3 xalla 9-cu pillədə qərarlaşıb. O, liderlərdən yarım xal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci, Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır. Şarjah Masters, IV tur
Aydın Suleymanlı - Bardiya Daneşvar (İran) - 0:1
Samvel Ter-Sahakyan (Ermənistan) - Məhəmməd Muradlı - 0:1
Teymur Rəcəbov - Ediz Gürel (Türkiyə) - 0,5:0,5
Vladislav Artemyev (AİN) - Eltac Səfərli - 0,5:0,5


Tarix: 18-05-2024, 12:35 Oxunub: 377


Bölməyə aid digər xəbərlər
15-11-2022, 10:01 Avropa çempionatında 2 MEDAL