Avro-2024: Azarkeşlər üçün yeni qadağa

Futbol üzrə Avropa çempionatının oyunları zamanı stadionlarda olacaq azarkeşlərə özləri ilə yemək gətirmək qadağan ediləcək. Məlumata görə, istənilən qida, o cümlədən meyvələr qadağandır.

Bir insanın tibbi səbəblərə görə bu və ya digər qidaya ehtiyacı olarsa, o zaman istisna hal sayılacaq və həmin qidaların gətirilməsinə icazə veriləcək. Bu qadağa ənənəvi alman mətbəxinin satışını artırmaq üçün tətbiq edilib.

Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


Tarix: 28-04-2024, 23:20 Oxunub: 315


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930