Azərbaycan Milli Dövlətçilik Partiyasının BƏYANATI ​​

Azərbaycan Milli Dövlətçilik Partiyasının
 
BƏYANATI
 
Bakı şəhəri​​                                 ​​                        _10_/_aprel__2023-cü il
 
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda tarixi dövlətçilik ənənələrinin qorunub yaşadılması və inkişaf etdirilməsi əqidəsini təşviq etmək, həmçinin ölkə əhalisini dövlətçiliyin qorunması uğrunda səfərbər etmək niyyətilə 1994-cü ildə Azərbaycan Milli Dövlətçilik Partiyası təsis edilmişdir. Üzvlərin təşəbbüsləri və ölkədə baş verən proseslər Partiyanın zaman-zaman yenilənmsinə və inkişafına gətirib çıxarmışdır.
1996-cı ildə öz yeni Nizamnaməsi ilə rəsmi dövlət qeydiyyatına alınan Azərbaycan Milli Dövlətçilik Partiyasına öncə Hafiz Ağayarzadə, 2000-ci ildən sonra isə Sabir Tanrıverdiyev sədrlik etmişdir.  2015-ci ildə sədr Sabir Tarıverdiyev vəfat etdikdən sonra Partiyanın hüquqi baxımdan fəaliyyətini lazımi şəkildə davam etdirmək, partiya üzvləri arasında koordinasiyanı təşkil etmək mümkün olmamışdır. Bu səbəbdən ötən dövr ərzində partiya faktiki fəaliyyətsiz olmuşdur.
Yeni tələblərə uyğun fəaliyyət göstərmək, partiyanın fəaliyyətini legitimləşdirmək hazırkı durumda azsaylı üzvlər üçün real görünmür. Çünki buna ilk növbədə Partiyanın mövcud sosial bazası imkan vermir. Bu səbəbdən Partiyanın rəhbər orqanı birmənalı şəkildə Azərbaycan Milli Dövlətçilik Partiyasının fəaliyyətini hüquqi baxımdan sonlandırdığını bəyan edir və hər bir üzvə gələcək fəaliyyətində uğurlar arzulayır.
Milli dövlətçiliyimizi qorumaq və onu gələcək nəsillərə əmanət etmək hər bir vətəndaşımızın əsas vəzifələrindən biridir.
 
 
Azərbaycan Milli Dövlətçilik Partiyasının
Siyasi Şurası


Tarix: 10-04-2023, 16:02 Oxunub: 442


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930