Nazirlə deputat arasında qalmaqal: “Bizi əl çalmağa çağırmışınız!”

  Bu gün “Marriott Hotel”də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransa Milli Məclisin 10-a yaxın deputatı da dəvət olunub. 
    Tədbirdə iştirak şəxslərdən biri “Yeni Sabah”a məlumat verib ki, konfransda qalmaqal baş verib. Tədbirə dəvətlilər sırasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev də olub. Lakin tədbir boyu ona çıxış üçün söz verilməyib.
   Bunu isə deputatlar özlərinə qarşı hörmətsizlik kimi qəbul ediblər: “Hətta deputatlardan biri buna açıq şəkildə etiraz edərək nazirə iradını bildirdi və bunun Milli Məclisə və qanunverici orqana qarşı hörmətsizlik kimi qəbul etdiyini dilə gətirdi. Hətta bu etirazdan sonra da deputatlara söz verilmədi. Sanki deputatları həmin tədbirə sadəcə əl çalmaq üçün dəvət etmişdilər”.
    Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil komitəsinin rəhbərləri əvvəllər – Ceyhun Bayramov və Mikayıl Cabbarovun vaxtında da bu tədbirlərə dəvət olunub və çıxış üçün imkan yaradılıb.


Tarix: 7-09-2022, 20:51 Oxunub: 323


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31