11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazağın işğalda olan kəndləri ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

   "Sərhədlərin delimitasiya və demarkasiyasi üzrə razılıq Moskvada deyil, Brüsseldə əldə ediləcək"  -  bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.  O, Azərbaycan və Ermənistan rəsmilərinin Moskva görüşündən danışıb:
"Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında sərhədlərin delimitasiya və demarkasiyasi komissiyasının birgə görüşü keçirilib. Danışıqlarda Rusiyanin Baş nazirinin müavini Overçuk da iştirak edib. Demək olar ki, Moskva görüşündə real nəticə əldə edilmədi. Amma,  növbəti görüşün vaxtını təyin etmək olunub. Təbii ki, Moskvada keçirilən görüşdə hərhansı bir müsbət nəticənin olacağı sensasiya ola bilərdi. Sadəcə, Moskva görüşü sadəcə "görüş"  kimi xarakterizə etmək olar. 
     Tərəflərin növbəti görüşü Brüsseldə keçiriləcək.  Sərhəd komissiyanın Brüsseldə görüşündə müəyyən razılığa gəlinməsi mümkündür. Əsasən, bu görüşdə  Azərbaycan anklav kəndlərin qaytarılmasını və sərhədlərin Ermənistan tərəfindən qəbul edilməsində maraqlıdır.
   Qeyd edim ki, sərhədlərin delimitasiya və demarkasiyasi üzrə komissiyanın iclasında əsas məsələ təbii ki, Azərbaycanın Ermənistanın işğalında olan Qazağın bir neçə kəndinin qaytarılmasıdır. Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündə ciddi nəticə olacaqsa, xüsusilə, sülh müqaviləsinin bağlanması üçün işçi qrupunun yaradılması razılaşarsa, sərhədlərlə bağlı proseslər müsbət istiqamətdə davam edəcək". 
Politoloq Rusiyanın Ukraynadakı uğursuzluğunun Azərbaycan üçün müsbət hal olduğunu deyib:
    "Bu ilin axırına kimi Azərbaycan üçün əsas prinsipial məsələ bir neçə irəliləyişə nail olmaqdır. Birincisi, Qarabağda silahlı erməni birləşmələrinin ləğvidir.   
    İkincisi, Qazağın kəndlərinin geri qaytarılması fonunda sərhədlərin delimitasiya və demarkasiyasinda ciddi irəliləyiş əldə etməkdir. Üçüncüsü isə sülh müqaviləsinin bağlanması üçün işçi qrupunun yaradılmasıdır. Dördüncüsü, Ermənistan Qarabağ məsələsindən tam geri çəkilərək ermənilərin maliyyələşdirilməsinə son verməkdir. Azərbaycan ilin axırına kimi bir neçə istiqamətdə irəliləyişə nail olacaq.
    Tərəflər delimitasiya və demarkasiya üzrə danışıqları Moskvada davam etsə də, Brüsseldə razılığa gəlinəcək.
Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün əsas platformadır. Rusiyanın Ukraynada hərbi uğursuzluğu Azərbaycan və Ermənistan arasında razılaşmaların əldə edilməsi üçün münbit şərait yaradır".


Tarix: 31-08-2022, 16:39 Oxunub: 295


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı