Marketlərdə siqaret “qıtlığı” yarandı – SƏBƏB

Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.
Araşdırma nəticəsində məlum olub ki, xüsusən böyük marketlərdə siqaret “qıtlığı” yaşanır. Marketlər isə bu vəziyyəti xam malın yoxluğu ilə izah etməyə çalışır.
Lakin qeyri-rəsmi məlumatlarda bildirilir ki, siqaret satışının dayandırılması növbəti bahalaşma dalğası ilə əlaqədardır. Belə ki, marketlər siqaretlərin qiymətinin qalxacağını nəzərə alaraq, satışları müvəqqəti dayandırıb.
Qeyd edək ki, Azərbaycanın tütün istehsalı üçün xam mal Ukraynadan təmin edilirdi. 2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 %-i Ukraynadan idxal olunub.
Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən bu ölkədən hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir. Bu da daxili bazarda siqaretin qiymətlərinə təzyiq göstərəcək faktordur.
Bundan əlavə, ölkəmizdə işləyən siqaret fabrikləri də siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır.


Tarix: 16-05-2022, 21:16 Oxunub: 519


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930