11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Saleh Məmmədov Göygöl rayonunda özünə milyonluq istirahət mərkəzi tikib - Fotolar

Azəravtoyol" ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi "SMS" adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.
"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumata görə, Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun "xeyir-duası" ilə qanunsuz əsaslarla - yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.

Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.
Onu da bildiririk ki, "yollar kralı" öz yolunu Göygölə tez-tez salır, o ayın bir neçə gününü rayonun Aşıqlı kəndində, özünün yolkənarı villasında keçirməyi də çox sevir.
Yolları tez-tez qazıqlayan, büdcədən milyonlarla vəsait alan bir qurumun başqanının aylıq gəlirinin vur-tut min-minbeşyüz manat olmasını nəzərə alsaq, oliqarx Saleh Məmmədovun hansı "şəffaf" üsullarla milyonçu olmağını axtarmağına dəyməz. Heç sual da etməyin: "Ay Saleh Məmmədov, bu cahi-cəlalı hansı halal pulla tikmisən?!
"Demokratik.Az"


Tarix: 28-06-2021, 11:04 Oxunub: 433


Bölməyə aid digər xəbərlər