Abşeronda 8 yaşlı uşağı maşın vurdu

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Əldə etdiyimiz məlumata görə hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Abuzadə Nurlan Rail oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyəsində əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.


Tarix: 21-05-2021, 14:49 Oxunub: 410


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31