11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Bu nə matah xəbərdir ki, günlərdir Azərbaycan gündəmini məşğul edir?" - REAKSİYA

Sosial şəbəkələrin və mətbuatın gündəmindən düşməyən sabiq deputat Hüseynbala Mirələmov dünən məlum “video qalmaqalı” ilə bağlı yeni açıqlama verib. O bildirib ki, əslində heç də hamının başa düşdüyü kimi qeyri-əxlaqi hərəkət etməyib, əli ilə xanım köməkçisinə bilməyərəkdən toxunub.
H. Mirələmovla danışan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkədə yazdığı qeydində bildirib:

“İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə dair mövqeyini soruşdum... Bu Facebok istifadəçiləri onu əməlli-başlı çaşdırıblar.
Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə pistəşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış... Bunu da mərdimazarlar videoqeydə alıb, sosial şəbəkələrdə pis mənada yayımlayıblar... Məsələ belədir!”.

Baş redaktorun bu paylaşımından sonra sosial şəbəkədə həm onun özünü, həm də sabiq deputatı qınayıblar. Başqa sözlə, Asif Mərzilinin nəyin müqabilində Hüseynbala Mirələmovu müdafiə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı anlaşılmayıb. Hətta bu açılamanı verənə də, yazana da lağ edənlər az olmayıb.

Müzakirələr haqqında  tanınmış ictimai xadim, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı məsələyə sərt reaksiya verib. O düşünür ki, Hüseynbala Mirələmovu müdafiə edərək, gündəm yaratmaq lazım deyil:

“Bu nə matah xəbərdir ki, günlərdir Azərbaycan gündəmini məşğul edir? Sözdə erməni soyqırımı Co Bayden tərəfindən dilə gətirildi, qəbul edildi. Bunu müzakirə etmək lazımdır, tənqid etmək vacibdir. Belə bir önəmli məsələ sabiq deputatın videosu qədər gündəm olmadı. Kiminsə evinin, mətbəxinin, yatağının durumu sosial şəbəkələrdə niyə gündəm olur, bax bu təəssüfləndiricidir. Olayı müzakirə etməyi doğru bilmirəm və bu, mənim işim deyil”.

Tənzilə Rüstəmxanlı hesab edir ki, bu kimi qalmaqallara həddindən artıq şişirtmədən ictimai qınaq lazımdır:

“O adam hər dəfə yeni açıqlama verirsə, bu onun öz problemidir. Azərbaycan cəmiyyətinin başqa problemi yoxdur? Ortada əxlaqsız bir görüntü varsa, mütləq onumu göstərmək lazımdır?

Mirələmovu təmizə çıxarmağa çalışanlar əslində ziyan vururlar. Guya adamı müdafiə edirlər, amma belə deyil. Ayıblandı, ictimaiyyət qınadı, bitdi. Daha bu məsələnin müzakirəsi lazım deyil”.

dia.az
 


Tarix: 29-04-2021, 00:12 Oxunub: 326


Bölməyə aid digər xəbərlər