11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
QAZAXDA QARABAĞ QAZİSİ AİLƏ HƏYATI QURDU - FOTO - VİDEO

Bu gün Vətən müharibəsi qazisi, Qazax şəhər sakini, ölkə Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Musayev Kənan Nadir oğlu da ailə həyatı qurub.Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,  İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva və RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi -  kapitan Samir Çobanov da   qazimizin nikah mərasimində iştirak edərək ona səmimi ürək sözlərini çatdırıblar.

Qazax Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova nikah mərasimləri keçirilən Kənan Musayevə və Nərmin Qənbərovaya ailə səadəti arzulayıb. 
Gənclər tərəfindən imzalar atıldıqdan sonra hər iki gəncin ailə nikahları rəsmi qeydə alınıb. Nikah haqqında Şəhadətnaməni gənclərə təqdim edən M.Səmədova bir daha hər iki gənci təbrik edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgəri olan qazi Kənan Musayevi ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri gənclərə nikah hədiyyəsini təqdim edərək qazimizin anasına  gözaydınlığı verib.

Qazimizin anası Məhəbbət Məmmədova şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə təşəkkür edib. Dövlətin qayğısını hər zaman hiss etdiklərini qeyd edərək bugünkü gündə onların yanında olmalarını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.


Tarix: 15-04-2021, 15:06 Oxunub: 1 057


Bölməyə aid digər xəbərlər