ATİA.AZ saytında Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə belə bir video-çəkiliş yayımlanmışdı:
Bu video-çəkiliş barəsində Kəlbəcər rayon Təhsil Şöbəsinin rəsmiləri 14.01.2021-ci il tarixdə açıqlama bildirmişdilər. Həmin açıqlamada bildirilirdi: “ Bu çəkiliş köhnə, 2018-ci ilə aid olan bir çəkilişdir və bu da Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun fəaliyyətə başladığı dövrü əhatə etmir. Videoda olan şəxşlər barəsində elə 2018-ci ildə də müəyyən cəza tədbirləri görülüb. İndi bu videonun yenidən yayılması Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərova qarayaxma kompaniyası deməkdir”.
Bu açıqlamadan sonra Kəlbəcər 2 saylı məktəbin müəlliməsi Şəhla xanım video-müraciət şəklində bu açıqlamaya öz iradını bildirmişdi. Belə ki, Şəhla müəllimənin dediyinə görə açıqlamada bildirilən məlumatlar həqiqəti əks etdirmir. Birincisi ona görə ki, həmin video 2018-ci ildə yox, 2019-cu ildə çəkilib, ikincisi Şəhla müəllimə həmin videonu özü çəkdiyini iddia edərək bildirmişdi ki, o videoda olanlar hamısı düzdür, həqiqətən pul yığılma faktları olub, heç bir işçi haqqında da cəza tədbiri görülməyib. Telefon danışığında məktəbin digər müəllimi Məmmədova Südabə də fikir bildirərək videoda olanların həqiqət olduğunu bildirmişdi.
Bu səslənən ittihamlarlar barədə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalova məlumat verilmişdi. Lakin bir cavab alınmamışdı.
Bu gün isə mənbənii verdiyi belə bir məlumat bir az çaşqınlıq yaratdı: Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov Cavid Qurbanovun qohumu olduğuna görə “ toxunulmaz” olaraq yerində qalıb, Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov isə bu haqda tədbir görmək gücündə deyil. Belə qənaətə gəlmək olar ki, vəzifədə işləmək üçün yüksək postda olan məmurun qohumu olmaq kifayət edir.
Bunlar Möhtərəm Prezidentimiz İlham Əliyevin “DƏMİR YUMRUQ ANCAQ ERMƏNİLƏR ÜÇÜN DEYİL…” şüarını yəqin ki, unutmamışlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər