“Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları yaramaz, debil adlandırasınız» - bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu qeyd edib: “Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil, 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz. Siz, İlqar Məmmədov, dövlətin büdcəsinin qayğısına qalırsınızsa, onda hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, prezidentin, büdcənin ehtiyat fondunun şəffaflığını. hesabatlılığını, prezidentin, vitse-prezidentin, baş nazirin, maliyyə nazirinin, iqtisadiyyat nazirinin, baş prokurorun, hakimlərin, icra başçılarının gəlirləri və əmlakı barədə bəyannamə tələb edin. Siz, İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikirə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın düzəldin. Siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və debil ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə, debat aparmağa hazıram. Amma öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!”
Bölməyə aid digər xəbərlər