21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman

Cəlilabad rayon sakini Cavid Əhmədov ötən il sentyabrın 27-də başlamış Vətən Müharibəsinə digər qəhrəmanlarımızdan fərqli şəkildə qoşulub.
Cavid Əhmədov ön cəbhəyə şəxsi yük avtomobili ilə gedib.
Əhmədov Cavid Yadigar oğlu 1985-ci ildə Cəlilabad rayonunun Mollalı kəndində doğulub. O, hər zaman yaxınlarına və həmyaşıdlarına Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştiraka hər an hazır olduğunu bildirib. İkinci Qarabağ müharibəsi Cavid Əhmədovun vədinə əməl etməsi üçün əsl məqam olub. O, oktyabrın 1-də könüllü olaraq “KamAZ” yük avtomobili ilə döyüşlərə yollanıb. Cavid bir sıra ağır döyüşlərdə yaxından iştirak edib və dəfələrlə şəxsi qəhrəmanlıqlar göstərib.
Ön cəbhədə 3 aya yaxın xidmət edən könüllümüz bu günlərdə evinə qayıdıb. Doğmaları, rayon sakinləri vətənpərvər həmyerlilərini böyük çoşqu ilə qarşılayıb.
Qeyd edək k, döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərən Cavid Əhmədov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


Tarix: 6-01-2021, 09:48 Oxunub: 158


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı