Onun UNO-larla əlaqəsi var? - Tanınmış jurnalistdən deputat SABİR HACIYEVə - İTTİHAM

“Göyçay rayonunun 15 illik bir deputatı var, Sabir Hacıyev. Bu adam mifdir: İddia olunur ki, hər dəfə parlament seçkiləri bitəndən dərhal sonra UNO-lar Yer kürəsindən götürüb aparır”.

ATİA.AZ xəbər verir ki, tanınmış jurnalist Elşad Məmmədli deputat Sabir Hacıyevin fəaliyyətsizliyinə dair ironik paylaşım edib.

Deputatın fəaliyyətsizliyindən narazılıq ifadə edən jurnalist daha sonra bunları yazıb:

“Düz 5 il seçicilər onun taleyindən xəbər tuta bilmir. Növbəti seçkidə UNO-lar endirir Yerə. Son seçkidən, 2020-nin martından sonra yenə UNO-lar götürüb aparıb kişini.

Müharibə dövründə də görünmədi. Müharibə bitib, indi yenə də bir şəhidin, qazinin, yaralının qapısını açmır rayonda. UNO-lar imkan vermir gəlsin, Yerə”.


Tarix: 3-01-2021, 13:58 Oxunub: 594


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930