Övladının dəfninə hazırlaşan ailəyə XOŞ XƏBƏR GƏLDİ

Vətən uğrunda gedən döyüşlərdə canından keçən əsgərlərimizdən biri də Xocavənd rayonun Xocavənd kənd sakini, qazi Səfərov Vüqar Məzahir oğludur.
ATİA.AZ xəbər verir ki, o, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq məşhur kəşviyyatçı və döyüşçü kimi yağı düşmənlərə qarşı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən qızğın müharibədə iştirak edib.
Oktyabrın 13-də kontuziya alır və bir neçə gündən sonra müalicəsini yarımçıq qoyaraq Şuşa ətrafı və Şuşa şəhərinin alınması uğrunda döyüşlərə qoşulur. Noyabrın 7-də Şuşa ətrafında ayağından yaralanır və onun ölüm xəbəri gəlir. Bu zaman onun Xocavənddə şəhid kimi qəbul edilib, dəfn mərasiminə hazırlıq işlərinə başlanılır. Noyabrın 9-da təkrar üçüncü dəfə Şuşada ayağı, əli və kürəyindən yaralanır və 10-da səhər saat 04:30 radələrində ana və atasına sağ olduğu haqqında məlumat verir.


Tarix: 30-12-2020, 08:13 Oxunub: 215


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930