İşdən çıxarılan məktəb direktoru: “Əsəblərimi qorumaq üçün istefa verdim”

“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”.
Bunu  Bakı şəhər 187 saylı məktəbin direktoru vəzifəsindən azad olunan Nailə Məmmədova bildirib.
Onun sözlərinə görə, işdən çıxmaqla bağlı ərizəni bir neçə gün əvvəl yazıb.
Qeyd edək ki, N.Məmmədova Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günü məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.
Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Dekabrın 28-də Təhsil nazirinin müvafiq əmri ilə N.Məmmədova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.


Tarix: 28-12-2020, 15:03 Oxunub: 486


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930